Kayıtlar

Ayrılıq şeirləri, Ayrılığa aid Şeirlər

Resim
Ayrılmayaq şeiri Xəyalın yanımda, sən uzaqdasan, Hicranın yolları ömür qədərdir. Bu yalqız axşamda yuvama baxsan, Mənəm, xəyalındır, bir də kədərdir. Gəl ört pəncərəni, qalaq üz-üzə Bir sən ol, bir də mən, bir də gözlərin Vüsal qərq olurkən hicran dənizə, Ağ bir yelkən olsun o son sözlərin. Bir sən ol, bir də mən, bir də dərdimiz Ağlayaq doyunca gülək doyunca, Baş-başa qaldıqca bu möhnətdə biz, Döysün qapıları külək doyunca Döysün, qoy açmayaq yorulsun külək, Qəmli hicran qalsın qapıda dustaq. Bir az vüsalınla çırpınsın ürək, Sonra… Sonra yenə biz ayrılmayaq…   Mü ə llif: Rəsul Rza.      Ayr ı ld ı q ş eiri Ayr ı ld ı q, sur ə tin itdi gözümd ə n, Sand ı m, sif ə tini unutmu ş am m ə n. Bilmir ə m bu n ə sirr, yax ı n- uzaqdan, S ə sin qula ğı ma anbaan g ə lir. Fikrim ə g ə lmirs ə sur ə tin bir an, S ə sin qula ğı ma b ə s hardan g ə lir? Y ığı ram bir yer ə b ə z ə n fikrimi, Sif ə tin yad ı ma çox ç ə tin g ə lir.   S...

Bilik Gününə aid şeirlər

Resim
Bilik Gününə aid şeirlər 1 Sentyabr Bilik gününə olunmuş bir-birindən gözəl 9 şeir “Sentyabr” şeiri Sentyabr gələndə Çox sevinir uşaqlar. Bilik günü yetişir, Məktəbə gedir onlar.   Müəllif: Zaur Ustac “Məktəbə get, dərs oxu ” şeiri Ağıllı oğlum, oyan! Qiymətlidir hər zaman. Tez ol, dur get məktəbə, Sarıl elmə, ədəbə. Səhər ziyandır yuxu, Məktəbə get, dərs oxu. Müəllif:Abdulla Şaiq

Kitablardan mənalı sözlər və sitatlar

Resim
Kitablardan mənalı sözlər və sitatlar İllər öncə əla bir lüğət aldım və ilk etdiyim iş, onun “mümkün deyil” ifadəsi yazılmış səhifəsini cırıb tullamaq oldu. Düşün və Varlan, Napoleon Hill   Üzünü günəşə çevirəndə kölgələr arxada qalır. Bəhanələrə Yox!, Brian Tracy Üzr istəmək sənin haqsız, qarşı tərəfin haqlı olması demək deyil. Verdiyin dəyərin şəxsi mənafeyindən yüksək olduğunu ifadə edir. Xoşbəxtlik Ehtimalımız, Ziqmund Freyd Onun gözlərinə baxaraq düşüncələrində deyirsən: “Sənin üçün çox darıxmışam”. Bu Şəhərdə Kimsə Yoxdur, Rövşen Abdullaoğlu Dünyanı gəzdiyim dövr ərzində öyrəndiyim bir şey varsa, o da ümidin verdiyi gücdür: Vaşinqton, Linkoln, Kinq, Mandela və hətta pakistanlı gənc qız Malala kimi bir nəfərin verə biləcəyi güc. İnsanlara ümid verməklə bir nəfər bütün dünyanı dəyişməyə qadirdir. Yatağını Düzəlt, Amiral William H. McRaven Bəzən nəyisə özünə etiraf etmək üçün çox vaxt tələb olunur. Səssiz Pasiyent, Alex Michaelides Adətən, saatlar elə sürətlə keçər ki...

Səməd Vurğun Şeirləri

Resim
  Böyük şair Səməd Vurğujnun Şeirləri   səməd vurğun şeirləri azərbaycan,səməd vurğun azərbaycan şeiri “Ala Gözlər” şeiri Yenə qılıncını çəkdi üstümə, Qurbanı olduğum o ala gözlər. Yenə cəllad olub durdu qəsdimə, Qələm qaş altında piyala gözlər. Başımdan getmişdi sevdanın qəmi, Xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü, deyin, yenəmi Çəkdiniz sorğuya, suala, gözlər? Sevda yolçusuyam əzəl yaşımdan, Könlüm ayrı gəzir can sirdaşımdan; Dağıdır huşumu alır başımdan Süzülüb gedəndə xəyala gözlər. Gərdənin minadır, boyun tamaşa, Ay da həsəd çəkir o qələm qaşa. Bir cüt ulduz kimi verib baş-başa, Yanıb şölə salır camala gözlər. Mənim sevgilimdir o gözəl pəri, Qoy üzə vurmasın keçən günləri. Mən qədirbilənəm əzəldən bəri, Sizinlə yetmişəm kamala, gözlər. Cahanda hər hökmü bir zaman verir, Dünən dövran sürən bu gün can verir. İllər xəstəsiyəm, yaram qan verir, Siz məni saldınız bu hala, gözlər. “Sevirəm” şeiri Mən də bir insanam, mən də canlıyam, Mənim də qəlbimin arzuları...

31 Dekabr Həmrəylik gününə aid şeirlər

Resim
31 Dekabr Həmrəylik Gününə həsr olunmuş bir-birindən gözəl 9 şeir Həmrəylik gününə aid şeirlər “Birləşək” şeiri Birləşək! Dünyada güclər birləşib, Qalalar birləşib, bürclər birləşib. Birləşib dünyada dili ayrılar, Torpağı ayrılar, eli ayrılar. Alıblar dünyadan öz haqlarını Behişt eləyiblər torpaqlarını. Birləşsin bizim də məskənlərimiz! Qalaya çevrilsin ürəklərimiz! Birləşsin ən güclü qollar, qələmlər! İrəli atılan dəmir qədəmlər! Birləşsin birləşib qala bilənlər, Birləşsin birlikdə ola bilənlər! Çaylar birləşəndə dənizə dönür! Dənizlər düşmənə qorxunc görünür! Dənizi içməklə qurtarmaq olmaz, Dənizi ölümlə qorxutmaq olmaz! Birləşmək hər yerdə iti silahdır, Bütün haqlılara böyük pənahdır. Birlik günəş dolu dirilik yolu, Xalqın haqq yoludur bu birlik yolu! Müəllif:Söhrab Tahir. “Azərbaycan yaşayır” şeiri Hərəmiz bu Vətənin, Parçası, zərrəsiyik. Yağılara yurdumun, Parçası, zərrəsi yük. Bu vətənin yolunda, Birləşsin əllərimiz. Sevinsin dağlarımız, Sevinsin çöllərimiz. Necə ki, ruhumuz ...

Zəfər Gününə Aid Şeirlər

Resim
  Zəfər günü şeirləri,zefer gunu haqqinda seir,Zəfər Gününə Aid Şeirlər,8 noyabr şeirlər,zefer gunu seiri,zəfər günü haqqında şeir,  1️⃣   BIZ QALIB ÖLKƏNIN VƏTƏNDAŞIYIQ ŞEİRİ ✍  Müəllif: Heydər Ələddinoğlu Müjdə ver ulduza,müjdə ver aya, Bu nə bir xəyaldır,nə də ki röya. Eşitsin kainat,eşitsin dünya Biz qalib ölkənin vətəndaşıyıq. Düşmən hikkəsindən alışıb-yansın, Bu üç rəngli bayraq hey dalğalansın. Millətim özünü qoy xoşbəxt sansın Biz qalib ölkənin vətəndaşıyıq. Zaman səhvləriylə batdı günaha, Tarix ümidini verdi sabaha. İtən qürurumuz qayıtdı daha Biz qalib ölkənin vətəndaşıyıq. Sevincdən titrəyir həm göyüm,yerim, Yarıb ürəyimi Sizə göndərim- Siz Ali Baş Komandan,Siz ey əsgərim Biz qalib ölkənin vətəndaşıyıq! 2️⃣ ZƏFƏR GÜNÜN MÜBARƏK ŞEİRİ ✍ Müəllif: Elvin Elxanoğlu İllərlə səbr edib dözdü bu xalqım, Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan, zəfər günün mübarək. Bilsinlər şəhidlər, bilsin qazilər, Tökülən o...

Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri

Resim
Ad Günü Şəkilləri Ad Günün mübarək Şəkilli Ad Günü Təbrikləri  Ad Günü Təbrikləri Şəkilli  Şəkilli Ad Günü Təbrikləri  ad gunu tebrikleri sekilli Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri ad günün mübarək olsun Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri ad günü üçün arzular ad günü üçün mesajlar