İncəsənət Haqqında Aforizmlər Və Sözlər

Sənət təbiətdən sonsuzluğa atılan addımdır. - Cübran. Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir. - Anonim İnsanları sevməkdən gözəl sənət olmadığını düşünürəm. - Vinsent van Qoq Duyğular sənətdə, ağıl elmdə, ruh fəlsəfədə özünü ifadə edir. - Əbu Turxan Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar. - Lev Tolstoy Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır. - Həsən Əliyev Sənət insanın təbiəti, təbiət – Allahın sənətidir. - Beyli Yaradıcılıq sənətkardan, sənətkar isə yaradıcılıqdan qaynaqlanır. - Haydegger Sənətkar – Təbiətin aşiqidir: yəni onun həm köləsi, həm ağası. - Rabindranat Taqor Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. - Erix Fromm Sənətkar həqiqətlə gözəlliyi birləşdirməyi bacarmalıdır. - Feyxtvanqer Qabiliyyət yoxsa sənətçi olmaz, amma çalışmamaqla qabiliyyət heç bir işə yaramaz. - Emil Zolya Sənət həmsöhbətin susduğu dialoqdur. - Qri...