Kədər Haqqında Aforizmlər və Sözlər
Kədər ağıllı adamların müəllimidir.- Corc Bayron. Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir. - Cübran. Ağıllı insanlar əldə etmədiklərinə kədərlənənlər deyil, əldə etdiklərinə sevinənlərdir - Naməlum. Ağıllı o adamdır ki, sahib olmadığına görə kədərlənmir və əksinə sahib olduğuna görə şaddır. Ayaqsız bir uşağa rast gələnə qədər ayaqqabısız olduğum üçün kədərlənirdim. - Naməlum Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. - İohann Volfqanq Höte Bitdi deyə kədərlənmə, "yaşandı" deyə sevin. - Qabriel Qarsia Markes Kədər eşqin astarıdır. - Əbu Turxan Zamanın itdiyini bilənlər, ən çox kədərlənənlərdir. - Dante Aligyeri Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz... - Nəcib Fazil Qısakürək On beş dəqiqəlik oxumağın aparmadığı kədərim olmamışdır. - Şarl Lui Monteskyö Müdriklik çox olan yerdə kədər də çox olur. "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kə...