Kayıtlar

maraqlı atalar sözləri etiketine sahip yayınlar gösteriliyor

Maraqlı Atalar Sözləri

Resim
Dəli dostun olunca ağıllı düşmənin olsun. Hər quş öz tayı ilə uçar. İstədiyin söyləyən, istəmədiyin eşidər. Qabağa keçirsən, deyirlər bicdir, dala qalırsan, deyirlər gicdir. Faydasız qohumdan faydalı yad yaxşıdır. Pul kəsəni qılınc kəsməz. Varlının varı yoxsulun çənəsini yorar. Tamahkarın gözünü torpaq doydurar. Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz. Təmiz hava girməyən evə həkim girər. Vaxtsız açılan gül tez solar. Taylı tayın tapmasa, günü ah-vayla keçər. Sahibsiz qoyunu qurd yeyər. Öküzü buynuzundan, adamı sözündən tutarlar. Yalançının ipi ilə quyuya düşən quyuda qalar. Maraqlı Atalar Sözləri  Əliəyri hey düzlükdən danışar. El ağzında bir sözün yüz rəngi var. Nə diriyə hay verər, nə ölüyə pay. Kor kora kor deməsə bağrı çatlar. Qorx Tanrıdan qorxmayandan. Kələk ilə gələn,külək ilə gedər. Maraqli Atalar Sozleri  Zaman keçər, söz qalar. Hər ağac kötüyündən çürüyər. Gülün qədrin bülbül bilir. Adam qоcalanda ikinci dəfə uş...