Kayıtlar

gözəl atalar sözləri etiketine sahip yayınlar gösteriliyor

Sevgi Haqqında Atalar Sözləri

Resim
  Sevgi sönməz atəşdi. Sevən sevəni tapar. Ağac kölgəsiz оlmaz, insan sevgisiz. Dəniz dalğasız, könül sevdasız olmaz. Dənizdə balıq sevdasız olmaz. Sevgi od deyil, amma oddan yamandı. Sevgi adamı yandırar. Sevən ürək, daim gəncdir. Yaxşılıq açan qapıya, sevgi qonar. Göz gördüyünü sevər. Göz görməsə, könül sevməz. Göz sevəni könül də sevər. Könül sevən göyçək olar. Gec-gec görünən tez sevilər. Gözəl gözəl deyil, könül sevən gözəldi. Oğlum kimi sevsə, gəlinim oldur. Sevəni sevənə ver. Oğlunu sevən gəlnin sevər, qızını sevən kürəkənini. Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. Öz anasını sevən, özgə anasını söyməz. Uşaqları sevməyən heç kəsi sevməz. Sevgini və kasıblığı gizlətmək çətindir. Sevərəm məni sevəni, keçəl ola, daz ola, sevmərəm məni  sevməyəni, şah ola, şahbaz ola. Qonaq sevənin süfrəsi boş qalmaz. Sevənin quluyam, sevməyənin sultanı. Təkəbbürlük eyləyəni Tanrı sevməz. Bir yürəkdə iki sevgi olmaz. İki sevgi bir könüldə olmaz. P...

Doğruluq Haqqında Atalar sözləri

Resim
  Allah doğruya yardı. Məhəbbət və doğruluq məğlub edilməz. Haqq doğruya yardır. Yaxşılıq və doğruluq, hər ikisi birdi.  Hesabı Doğru olanın alnı açıq olar. Doğru büdrər, amma yıxılmaz. Doğruluq Haqqında Atalar sözləri Doğru yolda yıxılan tez qalxar. Doğru gedən yol azmaz. Ən yaхşı yоl düzlükdü. Yalan olmasa doğru yeriməz. Doğru yolun əyrisin bilməyən düzə çatmaz. Doğru yalanı qovar. Dili Doğru, yolu Doğru. Doğru yolla gedən yorulmaz. Dil yanılar, doğrusunu deyər. Doğru dil daş yarar. Bir doğru ki, yalana oхşar, onu danışma. Doğru söz acı olar.  Doğruluğa aid Atalar sözləri Doğru söz acı olar, nəticəsi şirin. Doğru dostluq qərəzsiz olur. Dostluq düzlükdədi. Doğruluq dost qalasıdır. Doğruluq insanı heç vaxt utandırmaz. Doğru sözü zarafata salıb deyərlər. Doğruluq dost qapısı, oğruluq düşmən çatısı. Düzlük haqq qapısıdı, düz dur, düz otur. Ən böyük məhəbbət düzlükdədir. Dogruluq Haqqinda Atalar sozleri Tərəkəmədə oğru da çoxdur, doğru da. Qaraca üzüm var, doğruca sözüm. Dəl...

Xoşbəxtlik Haqqında Atalar Sözləri

Resim
  Xoş söz ürəyə qapıdı. Xoşrəftar ol, xoş gün görəsən. Xoş günün sorağı uzaqlardan gələr. Qələbə sevinc gətirər. Saz şadlıq gətirər. Paylaşılan sevinc iki qatına çıxar. Sevinc sevinc gətirər. Kədəri bölüşəndə azalır, sevinci bölüşəndə – artır. Şən qonaq heç kimə yük deyil. Qəm-qüssə adamı qocaldar, şadlıq cavanlaşdırar. Bir yerdə yeyəndə dadlı olar, bir yerdə işləyəndə şadlıq olar. Xoşbəxtlik Haqqında Atalar Sözləri Şad günün dostu çoxdu.  Bir evdə şadlıq, bir evdə - şivən. Kədərlə sevinc qardaşdı. Gülmək ağlamaqla əkizdir .Bulut ağlar, çimən gülər. Açılan solar, ağlayan gülər.  İnsan xoş günə dözməz. Lap çox şadlıq - kədər doğurar.  Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar. İstər şad, istər naşad - yaşamaq lazımdır. Bir gözünü ağladır, bir gözünü güldürür. Ev yiyəsi şad olmayanda, qonaq da bikef olar.  Qarşılıqı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar. Yaxşı şeyə gül ki, başına gəlsin. Xoş gördüyün umduğun olsun. Umduğun güdməyən, bulduğun xoş g...

Qadınlar Haqqında Atalar Sözləri

Resim
  Qadını ürəyi, mərhəmət mənbəyi.. Türk atalar sözü Kişi onu başa düşən adam üçün həyatını verər; qadın onu sevən adam üçün bəzənər.- Yapon atalar sözü Qadın ürəyi - bahar havası. - Yapon atalar sözü Suyun dərinliyini bilərsən, qadın ürəyini yox.  - Koreya atalar sözü Qadınlar Haqqında Aforizmlər Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz.  - Hind atalar sözü Qadınsız ev quşsuz qəfəsə bənzər. - Türk atalar sözü Qadın evin açarı kimidir, gərək onu itirməyəsən. -Yapon atalar sözü Ağıllı qadın kişinin sağ biləyidir. Kişi gətirməyi bilməli, qadın yetirməyi. -Türk atalar sözü Qadın bənnadır, kişi fəhlə. - Azərbaycan atalar sözü Kişinin başı, qadının ürəyi. - Yapon atalar sözü Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır. - Ərəb atalar sözü Gözəllik - qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir. - Çili atalar sözü Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığ...

Dostluğa Aid Atalar Sözləri

Resim
Dost dosta arxa olar. Dost dostun aynasıdır. Dostunu mənə de, deyim sən kimsən. Dost dostun sağlığın istər. Dost ağlar, düşmən gülər. Dost min olar, candan dost olan bir. Dostluq həyat vəsiqəsidir. Dostun yoxsa axtar, tapdın – qoru. Dost gəlişi bayram olar. Dost arası sözsüz olmaz. Doğru söz dostluğu pozar. Dost dostun eyibini üzünə deyər. Dostluq düzlükdədir. Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax. Dostunun dostu sənin də dostundur. Dost dar gündə tanınar. Dostluğa Aid Atalar Sözləri  Dost yolunda boran olar, qar olar. Dostla dağı tez aşmaq olar. Dostluğa dağlar da, dənizlər də mane ola bilməz. Dostluq həmişə qalib gələr. Dostluğa min adam azdır, düşmənliyə bir adam çox. Dostsuz insan – qanadsız quş. Dostun versə qum, sən onu ovcunda yum. Dosta borc pul vermə, hər ikisi əldən gedər. Dostunu ağladıb, düşmənini güldürmə. Dost zülümkar olmaz, ziyankarlardan dost olmaz. Dost sirrini dost bilir. Dost üzdən bəlli olar, dü...

Vətən Haqqında Atalar Sözləri

Resim
Vətən elin evi, dayağıdır. - Azərbaycan Atalar Sözü Bu dünyada şirin şey, bir anadır, bir Vətən. - Azərbaycan Atalar Sözü Ana kimi yar olmaz, Vətən kimi diyar. Hər kəsə öz Vətəni əzizdir. Vətən doğma anadır, qürbət ögey ana. - Lak atalar sözü Vətən eldir, xalq - ailə. - Ləzgi Atalar Sözü Doğma yurd şirin olar. El bir olsa zərbi kərən sındırar. Bülbül gülü sevər, insan – Vətənini. Hər quşa – öz yuvası, hər kəsə – öz Vətəni. Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Vətən viranə də olsa, cənnətdir. Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri. Qürbətdə xan olunca, Vətənində dilən, gəz. Vətənin tüstüsüdə şirindi. Vətən daşı olmayandan, olmaz vətəndaşı. Vətən sevgisi imandandır. - Türk Atalar Sözü Nə qədər uzaq olsa, yol yaxşıdır, Nə qədər yaman olsa, el yaxşıdır. Anasına qulaq asmayan, vətənini də eşitməz. - Malayal Atalar Sözü Qürbət görməyən adam Vətən qədri bilməz. Köçən yurdun qədrini, düşən y...

Dostluq Haqqında Atalar Sözləri

Resim
Dost yolunda boran olar, qar olar. Əsl dostu iki əlinizlə birdən tutun. Eyibsiz dost axtaran, dostsuz qalar. Doğruluqla dost qapısın dolan gəl öz evin kimi. Dost ol, vəfalı ol. Dostun gözündə yox, könlündə ol. Dost gəlişi bayram olar. Dost min olar, candan dost olan bir. Ağıllı düşməndən qorxma, dəli dostdan qorx. Qanan düşmən qanmaz dostdan yaxşıdır. Ağıllı düşmən nadan dostdan yaxşıdır. Dost başa baxar, düşmən ayağa. İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz. Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın. Yaxşı dostu yaman gündə sına. Dost dosta yaman gündə gərəkdir. Dost-düşmən qara gündə məlum olar. Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə. Şeytanın dostluğu dar günlərə qədərdir. Dost ziyankar olmaz, ziyankar da dost olmaz. ...

Yaxşılığa Aid Atalar Sözləri

Resim
Dünyada ən yaxşı şey yaxşılıqdır.- Atalar sözü. Yaxşılıq açan qapıya, sevgi qonar.- Atalar sözü. Yaxşı işə Allah zamindir. - Atalar sözü. Fürsət əldə ikən yaxşılıq eylə. - Atalar sözü. Ömrün bərəkəti yaxşı əməl ilədir. - Atalar sözü. Şeytanın acığı yaxşı adamdan gələr. - Atalar sözü. Yazıq o adamdır ki, yaxşılıq etmir. - Atalar sözü. Yaxşılıq haqqında atalar sözləri Yaxşılıq ayaq açıb gəzəndir. - Atalar sözü. Qızıl yerdə qalmaz, yaxşılıq yolda. - Atalar sözü. Yaxşılıq itməz. - Atalar sözü. Yaxşı şeyə gül ki, başına gəlsin. - Atalar sözü. Yaxşılıq elə ki, başına gəlsin. - Atalar sözü. Yaxşılıq edən yaxşılıq görər. - Atalar sözü. Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq bilər. - Atalar sözü. Yaxşılığa Aid Atalar Sözləri Yaxşılıq qapı açar, məhəbbət bu qapıdan içəri girər. - Atalar sözü. Yaxşılığa yaxşılıq elə, pisliyə pisl...