26 Fevral Xocalı Faciəsinə Aid Şeirlər
Hər Gecə Xocalıda şeiri Hər gecə Xocalıda Canım ağrıyır mənim. Güllələnən qocaya, Parçalanan körpəyə Ruhum ağlayır mənim. Hər gecə Xocalıda Göytürklərin ruhunda Yanıq yeri sızlayır. Gülməyi unutmuşam, Xocalının qisasın Alanda güləcəyəm. Mən öləndən sonra da Xocalıda yenidən Dünyaya gələcəyəm. Bu qisası alınca, Ölüb-diriləcəyəm Hər gecə Xocalıda. Müəllif: Fikrət Qoca Xocalı Müsibəti şeiri Günəş, necə yanırsan?! Necə alovlanırsan?! Yer, niyə dolanırsan?! Dayanıb sükutla dur! Dərk et bu fəlakəti. Görünməz müsibətdir Xocalı müsibəti! Yerdə qalsa belə qan, Əl üzülər dünyadan. Məğrurdur Azərbaycan! Cəzasız qalmayacaq Törədən cinayəti! Dəhşətlər dəhşətidir Xocalı müsibəti! Müəllif: Hikmət Ziya 26 Fevral Xocalı Faciəsinə Aid Şeirlər Xocalı şeiri Gözləyib, gizləyib zaman sirrini, Dəyişib dünyanın işi,amalı. Deyəsən, yetişir qiyamət günü, Vədəsiz küləklər əsir, Xocalı! Sərt gəldi fe...