Səbuhi Quluzadə - Düşündürücü Və Mənalı Sözləri
Dərdlər həyatın dərsləridir. Onlardan öyrənib yola davam etməyənlərə həyat yenidən dərs keçir. Gün gələr, üsyan etdiyin dərdə görə şükür edərsən Allaha... Dərd bizi dəyərsiz və yalan olan nə varsa, ondan uzaq edərək doğru yola yönəldir. Dərd bizə düşmən deyil dostdur. Bir məqsəd üçün yaşamaq, yaradıb yaşatmaq gərək... Öyrən, sev və paylaş, Həyatın mənası budur yoldaş! Yalnızlıq yaşam tərzim, yalnızlıq yoldaşım... Bəzən yorucu, bəzən də yaradıcı... Əgər həyatda işini və həyat yoldaşını sən deyil, bir başqası seçəcəksə, onda yaşayacağın bu həyat sənin deyil, bir başqasının həyatı olacaq.. Şəhvətin deyil, sevginin əsiri olaq. İlahi duyğular insanı ucaldır, heyvanı duyğularsa alçaldır. İstək və inam varsa, məcburiyyətə ehtiyac yoxdur. Məcburiyyət varsa, deməli istək və inam yoxdur. Nifrət və kinin içində boğulan insanları yalnız sevgi xilas edə bilər. Qəlbində sevgi, beynində fikir toxumları ək. Ək və bəslə ki, inkişaf edəsən, böyüyəsən və bəhrəsini görəsən. Düşüncə b...