Kayıtlar

Novruz bayramı etiketine sahip yayınlar gösteriliyor

Novruz bayramına aid şeirlər

Resim
  Novruz bayramına həsr olunmuş bir-birindən gözəl şeirlər “Bayramların Sultanı” şeiri Müəllif: Yusif DİRİLİ  Novruz gəlir yurduma Hər tərəf gül-çiçəkdir. Az sonra keçəl, kosa Meydana gələcəkdir. Hər tərəf işıq saçdı, Novruz gəldi, sevindik. Kədər bizdən gen qaçdı, Şadyanlığa büründük. Şəkərbura, paxlava, Şorqoğalı yeməli. Bayramların sultanı, Ancaq sənə deməli. Qoz-fındığın, qovurğan Ağzı dada gətirir. Üzərriyin, yovşanın Qada-bala götürür. Tonqal çatıb uşaqlar, Atlanırlar üstündən. Qorxu yoxdu alovdan, Göz çıxardan tüstüdən. “Bənövşə bəndə düşə” -Bir oyundu məzəli. Uşaqların sevdiyi, “Yenə gəldi ənzəli” Çərşənbələr ard-arda Mənalıdır hər biri. Bərəkət simvolusan, Neçə min ildən bəri. “Novruz Bayramı” şeiri Müəllif: S.Fətəliyeva  Gəlib Novruz bayramı, Yandırmışıq biz şamı. Tonqallar alışıbdır, Sevincimiz daşıbdır. Fərəhlənir uşaqlar, Papaq atır qoçaqlar. Hər evdə aş dəm alır, Şənlik göyə ucalır. Göyərib səmənilər, Payla dolub ...