Mənalı Gözəl Sevgi şeirləri

Bir-birindən gözəl və mənalı sevgi şeirlərini sizlər üçün bir araya topladıq. Mənalı Gözəl Sevgi şeirləri “Sən və Mən” şeiri Qaranlıq saçan şam işığında, Soyuqdan gizlənən ruhum. Bir qığılcıma həsrət olanda, Çıxa gəldin sən. Fırtınalarda pərişan, Könlüm bir liman axtaranda, Məni çılğın dalğalardan, Çəkib aldın sən… Həyata yenidən göz açmış, Sonsuz yuxudan oyanmış, Sovrulaq qoşa yarpaq kimi, Dünyanın bilinməyən ucuna… Bir günəşimiz olsun, Həyatımıza dolsun, Bir bəstəmiz olsun, Sevgi hekayəsindən danışaq… Sən və mən birlikdə, Yelkən açaq üfiqlərə, Qoy qısqansın bizi, Səmada mələklər belə… Sən və mən birlikdə, Yelkən açaq ümidlərə, Qoy qısqansın bizi, Səmada ulduzlar belə… Müəllif: Anar Bəylər “Səninlə görüşən gün” şeiri Bir qərib sərçə olub, Pəncərənə qonaydım. Gözlərinə baxınca, Yerimdəcə donaydım. Əlindən tutmaq üçün, Alışaydım,yanaydım, Səninlə görüşən gün. Deyəydim ki,gəlmişəm, Ay başımın bəlası. Qoy silinsin üzündən, Təkəbbürü,ədası. Yayılsın yer üzünə, Bu vüsalın sədası Səninlə gör...