Mərhəmət Haqqında Aforizmlər Və Sözlər

Mərhəmət əxlaqın təməlidir. - Artur Şopenhauer Mərhəmət insani dəyərlərin şahıdır. - Onore de Balzak Şəfqət və mərhəmət elə bir dildir ki, onu karlar da eşidir, korlar da oxuya bilir. - Mark Tven Sevgi və mərhəmət lüks yox, ehtiyacdır. Bunlar olmasa, bəşəriyyət mövcud ola bilməz. - Tenzin Gyatso Bütün möhtəşəm şeylər sadədir və bəzən bir sözlə ifadə oluna bilir. Azadlıq, şərəf, borc, mərhəmət, ümid. - Uinston Çörçill Yaxşı bir xarakteri əmələ gətirən parçalar sədaqət və mərhəmətdir. - Karl Hilti Ailə mərhəmət yurdu, əxlaq məktəbi, millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır. - Füyuzat jurnalı Mərhəmət, rəhmdillik, başqasına görə narahatlıq - insanlar arasındakı münasibətlərdə ən vacib keyfiyyətlərdəndir. Yaxşılıq heç vaxt unudulmur... Əgər sən yaxşı, xeyirxah iş görmüsənsə, gec, ya tez bunun əvəzini görəcəksən. - Azad Mirzəcanzadə Sən yerdə olanlara mərhəmət et ki,göydə olanlar da sənə mərhəmət etsin.Səndən aşağıda olanın halına acı ki,səndən üstü...