Müəllim Haqqında Aforizmlər və Gözəl Sözlər
Müəllimə aid gözəl sözlər Müəllim, sübh günəşinə bənzər – dünyanı nurlandırar və qaranlığa meydan oxuyar. Əsl müəllim, qaranlıqda işıq saçan çırağa bənzər - çıraq yanmasa, ətraf aydınlanmaz. Müəllim gənclik bağçasının bağbanıdır - ən gözəl ətirli güllər və çiçəklər onun zəhmətinin meyvəsidir. Uşağın könlünü fəth edən bir müəllim, dünyanın ən gözəl zəfərini qazanmışdır. Dünyada sülhü təmin edəcək sehrli əllərə yalnız analar və müəllimlər sahibdir. Mənə bir hərf öyrədənin, 40 il köləsi olaram. Müəllim haqqında aforizmlər Müəllim şama bənzər: özünü əridərək ətrafın işıq verər. - Mustafa Kamal Atatürk Hər millət üçün tərəqqi qapısı məktəbdir və hər məktəbin tərəqqi tapmağı milli müəllimlərə bağlıdır.-Nəriman Nərimanov Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.- Viktor Hüqo Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır.- Josef Addison Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəlli...