Nikola Tesladan Sitatlar

Mən bu gün üçün yox, gələcək üçün çalışıram.. Nifrətiniz elektrikə çevrilsəydi, bütün dünyanı işıqlandırmağa bəs edərdi. Sahib olduğumuz əxlaqi dəyərlər və qüsurlar bizim ayrılmaz bir parçamızdır, lap maddə və enerji kimi. Əgər bunlar bir-birindən ayrılarsa ortada insan olmaz. Tələbə səhv edərsə, bu bir o qədər qorxulu deyil. Əgər böyük zəka sahibləri səhv edərsə, bu, dünyaya çox baha başa gələr. Hər şeydən çox kitabları sevdim... Təbiətlə ünsiyyət vücudumu və ağılımı gücləndirdi. Mənim beynim yalnız qəbuledici bir qurğudur. Kosmik məkanda bilik, güc, ilham aldığımız hansısa bir mərkəz var. Mən bu mərkəzin sirlərinə nüfuz etməmişəm, amma onun mövcud olduğunu bilirəm. Tənhalıqda ağıl daha iti olur. Düşünmək və icad etmək üçün böyük bir laboratoriyaya ehtiyac yoxdur. İdeyalar xarici amillərin ağıla təsir göstərməməsi nəticəsində yaranır. İxtiraçı olmağın sirri tənhalıqdadır. İdeyalar tənhalıqda yaranır. Nə qədər insan məni xəyalpərəst adlandırıb, gələcəyi görə bilməyə...