Kayıtlar

guc haqqinda atalar sozleri etiketine sahip yayınlar gösteriliyor

Güc Haqqında Atalar Sözləri

Resim
El gücü, sel gücü. Elin gücü, tufan gücü. Elin gücü, yelin gücü, selin gücü – Güclü olar. Güc birlikdədir. Elin gücü bir olsa, düşməni dara çəkər. Birləşən güc yenilməz. Elsiz adam gücsüz оlar. Su suya qarışanda güclü olar. Sel gücü, damcıdandır. Birləşmiş qüvvə daha güclüdür. Dostu çox olanın gücü çox olar. Ağlı olan ərinməz, güclü olan sürünməz. At gücünü karvanda gör, mərd gücünü meydanda. Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir). Gec olar, güc olar. Özündən güclü ilə vuruşma. Gücənməsin biləyin, tükənməsin gücün. Gücü var, təpəri yox. Gücün çatmayan daşı qaldırma, zərbə düşərsən. Ulağa gücü çatmır, acığını palanına tökür. Ayı gücünə inanar, insan - ağlına. Qurdun gücü dişindədir. Filin gücü xortumundadır, dəvənin gücü dizində. Siçanın aləmində pişikdən güclü heyvan yoxdur. İnsanın dəlisi daşa güc eylər, öküzün dəlisi başa. Güc əyir, güc də düzəldir. Güclü gücsüzdən qisas almaz. Uşaq atasından güclüsünü bilməz. ...