Kayıtlar

vətənə aid etiketine sahip yayınlar gösteriliyor

Vətən Haqqında Aforizmlər

Resim
Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir. Füyuzat jurnalı Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən.  - Abdulla Qurbani Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. - Əbu Turxan Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir. - Füyuzat jurnalı Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir. - Siseron Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir. - Əbülfəz Elçibəy  Vətənin sevməyən insan olmaz, Olsa, o şəxsdə vicdan olmaz. - Abbas Səhhət İnsan vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı vətən sayəsində mövcuddur. - Namiq Kamal Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim.  - Məmməd Araz Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. - Şah İsmayıl Xətai ...

Vətən Haqqında Atalar Sözləri

Resim
Vətən elin evi, dayağıdır. - Azərbaycan Atalar Sözü Bu dünyada şirin şey, bir anadır, bir Vətən. - Azərbaycan Atalar Sözü Ana kimi yar olmaz, Vətən kimi diyar. Hər kəsə öz Vətəni əzizdir. Vətən doğma anadır, qürbət ögey ana. - Lak atalar sözü Vətən eldir, xalq - ailə. - Ləzgi Atalar Sözü Doğma yurd şirin olar. El bir olsa zərbi kərən sındırar. Bülbül gülü sevər, insan – Vətənini. Hər quşa – öz yuvası, hər kəsə – öz Vətəni. Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Vətən viranə də olsa, cənnətdir. Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri. Qürbətdə xan olunca, Vətənində dilən, gəz. Vətənin tüstüsüdə şirindi. Vətən daşı olmayandan, olmaz vətəndaşı. Vətən sevgisi imandandır. - Türk Atalar Sözü Nə qədər uzaq olsa, yol yaxşıdır, Nə qədər yaman olsa, el yaxşıdır. Anasına qulaq asmayan, vətənini də eşitməz. - Malayal Atalar Sözü Qürbət görməyən adam Vətən qədri bilməz. Köçən yurdun qədrini, düşən y...