Mikayıl Müşviq şeirləri - Ən gözəl 6 şeiri

Mündəricat: Sevgilər şeiri Ana şeiri Məni gözəl xatırla... Rəssam şeiri Yenə o bağ olaydı şeiri Həyat sevgisi şeiri Sevgilər şeiri Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qarışıq bilməcələr kölgəsi var. Ana şeiri Ana dedim, ürəyimə yanar odlar saçıldı, Ana dedim, bir ürpəriş hasil oldu canımda, Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda. Ana, ana!...