Güc Haqqında Aforizmlər, Gücə Aid Sözlər

Bilik güc, güc isə bilikdir. - Frensis Bekon İnanc həyatın gücüdür. - Yohann Volfqanq Höte Biri tərəfindən dərindən sevilmək bizə güc verir, birini dərindən sevmək isə cəsarət verir. - Lao Tszı Güclü olan, zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökm edə biləndir. - Konfutsi Güclü olmaq səni xoşbəxt etməyə bilər ancaq xoşbəxt olmaq səni güclü edəcək. Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin. - Səhih Əl-Buxari Özünü idarə etsən dünyanı idarə edəcək gücü tapa bilərsən. - Platon Özünü ələ almağı bacaran insan hamıdan Güclüdür. - Kiçik Seneka İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir. - Oşo Sevinc və sağlamlığın yanında güc də olmalıdır. - Ralf Uold Emerson Uğursuzluqlar güclülərə daha da güc verir. - A.S.Exupery Qorxu üzərində qələbə bizə güc verir. - Viktor Hüqo Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir. ...