Ömür Haqqında Aforizmlər Və Sözlər

Ömür yadda qalan günlərın sayı ilə ölçülür. - Xudu Məmmədov Hər həyat səhifəsi ömürün ilk yazıdı, Bu günün hər əməli sabah üçün yazıdı. - Əbu Turxan Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx. - Mövlana Cəlaləddin Rumi Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür. - Can Yücəl Hamımız həyatımızda bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik. - Murathan Mungan Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. - Kiçik Seneka Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın. -Əbdürrəhman Cami Önəmli olan ömrün müddəti deyil, bu ömrü necə yaşadığındır. - H.Holley Əzmlə işləyən insanın günləri qısa, ömrü uzun olur. - Deni Didro Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. - Hafiz Xarəzmi Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün quşun...