Dostluq Haqqında Atalar Sözləri

Dost yolunda boran olar, qar olar. Əsl dostu iki əlinizlə birdən tutun. Eyibsiz dost axtaran, dostsuz qalar. Doğruluqla dost qapısın dolan gəl öz evin kimi. Dost ol, vəfalı ol. Dostun gözündə yox, könlündə ol. Dost gəlişi bayram olar. Dost min olar, candan dost olan bir. Ağıllı düşməndən qorxma, dəli dostdan qorx. Qanan düşmən qanmaz dostdan yaxşıdır. Ağıllı düşmən nadan dostdan yaxşıdır. Dost başa baxar, düşmən ayağa. İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz. Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın. Yaxşı dostu yaman gündə sına. Dost dosta yaman gündə gərəkdir. Dost-düşmən qara gündə məlum olar. Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə. Şeytanın dostluğu dar günlərə qədərdir. Dost ziyankar olmaz, ziyankar da dost olmaz. ...