Kayıtlar

atalar sozu etiketine sahip yayınlar gösteriliyor

Güc Haqqında Atalar Sözləri

Resim
El gücü, sel gücü. Elin gücü, tufan gücü. Elin gücü, yelin gücü, selin gücü – Güclü olar. Güc birlikdədir. Elin gücü bir olsa, düşməni dara çəkər. Birləşən güc yenilməz. Elsiz adam gücsüz оlar. Su suya qarışanda güclü olar. Sel gücü, damcıdandır. Birləşmiş qüvvə daha güclüdür. Dostu çox olanın gücü çox olar. Ağlı olan ərinməz, güclü olan sürünməz. At gücünü karvanda gör, mərd gücünü meydanda. Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir). Gec olar, güc olar. Özündən güclü ilə vuruşma. Gücənməsin biləyin, tükənməsin gücün. Gücü var, təpəri yox. Gücün çatmayan daşı qaldırma, zərbə düşərsən. Ulağa gücü çatmır, acığını palanına tökür. Ayı gücünə inanar, insan - ağlına. Qurdun gücü dişindədir. Filin gücü xortumundadır, dəvənin gücü dizində. Siçanın aləmində pişikdən güclü heyvan yoxdur. İnsanın dəlisi daşa güc eylər, öküzün dəlisi başa. Güc əyir, güc də düzəldir. Güclü gücsüzdən qisas almaz. Uşaq atasından güclüsünü bilməz. ...

Maraqlı Atalar Sözləri

Resim
Dəli dostun olunca ağıllı düşmənin olsun. Hər quş öz tayı ilə uçar. İstədiyin söyləyən, istəmədiyin eşidər. Qabağa keçirsən, deyirlər bicdir, dala qalırsan, deyirlər gicdir. Faydasız qohumdan faydalı yad yaxşıdır. Pul kəsəni qılınc kəsməz. Varlının varı yoxsulun çənəsini yorar. Tamahkarın gözünü torpaq doydurar. Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz. Təmiz hava girməyən evə həkim girər. Vaxtsız açılan gül tez solar. Taylı tayın tapmasa, günü ah-vayla keçər. Sahibsiz qoyunu qurd yeyər. Öküzü buynuzundan, adamı sözündən tutarlar. Yalançının ipi ilə quyuya düşən quyuda qalar. Maraqlı Atalar Sözləri  Əliəyri hey düzlükdən danışar. El ağzında bir sözün yüz rəngi var. Nə diriyə hay verər, nə ölüyə pay. Kor kora kor deməsə bağrı çatlar. Qorx Tanrıdan qorxmayandan. Kələk ilə gələn,külək ilə gedər. Maraqli Atalar Sozleri  Zaman keçər, söz qalar. Hər ağac kötüyündən çürüyər. Gülün qədrin bülbül bilir. Adam qоcalanda ikinci dəfə uş...

Atalar Sözü və Məsəllər,Atalar Sözləri

Resim
Abır istəsən çox demə, sağlıq istəsən çox yemə. Təmiz hava girməyən evə həkim girər. Xeyir de, xeyir taparsan. Dostu çox olanın gücü çox olar. Saxla gönü, gələr günü. Dəliyə qanun yoxdur. Başı boş olanın sözü baş olmaz. El eybini sənə söyləyən sənin də eybini elə söylər. Adam var ki, yemək üçün yaşayır, adam var ki, yaşamaq  üçün yeyir. Cahil ilə bal yemə, ahıl ilə daş daşı. Ac adam acıqlı olar. Acıqlı başda ağıl оlmaz. Dağına baxar qar verər, bağına baxar bar verər. Babadan hikmət – nəvədən xidmət. Acı danışan şirin söz eşitməz. Ən böyük sərvət ağıldır. Ər - arvadın savaşı, yaz gününün yağışı. Ocaq közsüz qalmaz, gəlin sözsüz. Farsın qəzəli, türkün məsəli. Gec-gec gəldin, xoş gəldin, tez-tez gəldin, nöş gəldin. Nə əkərsən, onu biçərsən. Şam bahadı - korun nə vecinə. Atalar Sözü və Məsəllər,Atalar Sözləri Fərsiz qoyunu qurd yeyər. El üfürdü, sel köpürdü. Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz. İşlənməyən dəmiri pas tutar. İş i...

Azərbaycan Atalar Sözləri

Resim
Çətinliyə düşməyən rahatlığın qədrini bilməz. Əmək insanı ucaldır. Dalaşanda barışmağa üz saxla. Adamın başına nə gəlsə dilindəndir. Əvvəl düşün, sonra sonra danış. İstədiyin söyləyən, istəmədiyin eşidər. Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən. Dostunu mənə göstər, deyim sən kimsən. Nadanın düşməni özüdür. Azərbaycan Atalar Sözü Kamil insan kəlamından bəlli olar. Oğlanı kamal ilə, qızı camal ilə. Səbr Allahdan, səbirsizlik şeytandan. Bala baldan şirindir. Faydasız qohumdan faydalı yad yaxşıdır. Az olsun saz olsun. Fəqir əlinə baxırsa, sən cibinə bax. Аlın təri ucаldаr əri. İgidlik biləklə deyil, ürəklədir. Azərbaycan Atalar Sözü Barlı ağaca daş atarlar. Barlı ağacın başına dolanarlar. Balta ağac kəsməzdi, sapı ağac olmasa. Meşəyə od düşəndə quru da yanar, yaş da. Nə yada sirrini ver, nə namərdə bel bağla. Kələk ilə gələn küləklə gedər. İsti sevən tüstüsünə dözər. Qaçanı qovmazlar, yıxılanı vurmazlar. Danışana dil vermir, yeriyənə yol. Qa...

Torpaq Haqqında Atalar Sözləri

Resim
torpaga-aid-atalar-sozu-torpaq-haqqinda-atalar-sozleri Zəhmət torpaqda, nemət süfrədə. Torpaq çörəyi ilə, insan əməyi ilə. Torpağın qarası üz ağardar. Torpaq çiçək də bitirər, zəhər də. Torpaq Haqqında Atalar Sözləri  Torpaq deyər: -Sən mənə tər ver, mən sənə zər verim! Torpaq deyər: - Döy məni, doyurum səni! Torpaq deyər: "Öldür məni, dirildim səni!" Anaya etibar edənlə, torpağa etibar edən uduzmaz. Torpağın sirrini əli torpaqda olandan sor. Torpaq ovuclayan qızıl ovuclayar. Kişidə qeyrət olsa, torpağı qızıla döndərər. Torpaq qızıl quşdu, əldən buraxdın, uçar gedər. Sular hərəkətlidir, torpaq bərəkətlidir. Torpaq öz payını həmişə götürür. Torpağa hamı borcludur. Torpaqdan pay olmaz. Torpaqnan oynayan ac qalmaz. Ata torpağı ələk-vələk edir, oğul əkir, nəvə varlanır. Toprağa xor baxsan, o sənə kor baxar. Böyüyün üzünə ağ olanı torpaq götürməz. Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan. Torpaqda itki olmaz, Kötüksüz bi...