Cəmil Meriç - Tarixdə İz Qoyan Sözləri Və Sitatları

Yaşamaq, yaralanmaqdır. Səmimiyyət elə bir dildir ki, kor da görər, kar da eşidər. Sənsiz gülmək, sənsiz hüzur mənə xəyanət kimi gəlir. İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. Mənim yerim kitabxanadır. Mən, işığı arayan, aydın olmağa və dünyanı aydınlatmağa çalışan bir insanam. Mən susuzam - bilgiyə susamışam, sevgiyə susamışam. İnsanlar pis idi, kitablara sığındım. Kitab, zəkanı nəzakətli edir. Nəzakətdən məhrum birisi qışqıraraq, mədəni insan isə danışaraq söylər. Namuslu olmağın bədəli yalnızlıqdır Bir kitabı öncə dadına baxmaq üçün oxuyurlar. Daha sonra isə tənqid üçün.. Kitap - Məchula açılan bir qapıdır. Məchula, yəni hekayələrə, sirlərə və sonsuzluğa.. Günəş ölkələri aydınladır, sözlər milləti... Söz - iki sonsuzluq arasında bir çırpınış... Ulu şam ağacları, fırtınalı diyarlarda böyüyür... Dilə uzanan əl namusa uzanmış kimidir. Səhvini qəbul etmək, ...