Xoşbəxtlik Haqqında Aforizmlər

Xoşbəxt olmanın ən gözəl yolu bir başqasını xoşbəxt etməkdir. Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır. - Corc Bayron Xoşbəxt insanlar; hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir. - Çarlz Bukovski Sərmayəsi sevgi olanın, qazancı xoşbəxtlikdir. - Ergün Gülər Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir. - Onore de Balzak Sevmək - başqasını xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır. - Qotfrid Leybnits Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir. - Oldos Haksli Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır. - Lev Tolstoy Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur. - Əbül Fərəc Xoşbəxtliyi səndə tapan sənindir. Qalan hər kəs həyatında yalnızca bir qonaqdır. Xoşbəxt bir ailə həyatı, dünyada qovuşulmuş cənnətdir. Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarl...