Kayıtlar

Nüsrət Kəsəmənli Sevgi Şeirləri etiketine sahip yayınlar gösteriliyor

Nüsrət Kəsəmənli Sevgi Şeirləri

  YARI MƏNDƏ, YARI SƏNDƏ ŞEİRİ İkimizdə bir ürək var.  Yarı məndə, yarı səndə.  Sevgi adlı bir ağacıq,  Budaq məndə, narı səndə.  Çiçək ətri gül üzündə,  Min məna var hər sözündə.  Bir buluduq göy üzündə  Yağış məndə, dolu səndə.  Bir ovçuyam, günüm ovda  Qaçhaqaçda, qovhaqovda,  Eşqimiz bir şirin sevda  Pətək səndə, balı məndə... Müəllif: Nüsrət Kəsəmənli NEYLƏYİM? ŞEİRİ Bu təbəssüm bir çiçəyin izidi,  Ala gözün bulaqların gözüdü,  Ürəyimdə məhəbbətin özüdü,  Ürəyimlə bacarmıram, neyləyim?  Hər eyhamın bir tilsimə açardı,  Dil bilsəydi daş da könül açardı.  Ağlım səndən uzaqlaşar, qaçardı,  Ürəyimlə bacarmıram, neyləyim?  Bu ülfətin sonu hicran deyil ki,  Dilim tutmur istəyimi deyim ki.  Sənə gələn yollarımı əyimmi?  Ürəyimlə bacarmıram neyləyim?  Müəllif: Nüsrət Kəsəmənli Gözləyirəm Şeiri Hər dəqiqəm il olur,  Sən gəlirsən, hər ləpirin gül olur.  Qəlbim yen...