Mənalı Şeirlər 2024
1) HARA QAÇIRSAN, AY ADAM ŞEİRİ Müəllif: Ramiz Rövşən Hara qaçırsan, ay adam, Bir dayan, nəfəsini dər. Çiçəklərin ətrini dər, Küləklərin hirsini dər. Otur üstündə bir daşın, Bir az açılsın qırışın, Göydə uçub gedən quşun Yerdəki kölgəsini dər. Gör dünya nə deyir sənə, Verib yeri-göyü sənə, Əy başını öz sinənə, Ürəyinin səsini dər. ...Sözüm ağlına batmasa, Dünya könlünə yatmasa, Əlin heç nəyə çatmasa, Bu dünyadan özünü dər... 2) QƏRIBƏ SEVINC ŞEİRİ Müəllif: Nüsrət Kəsəmənli O gözlərdə nə qəribə sevinc var?! O gözlərin şəfəqinə baxın bir, Gilə-gilə yaşaracaq indicə, Təbəssümlə sıxılacaq dodaqlar, Gülə-gülə boşalacaq indicə... Hələ neçə dalğa yatır dənizdə, Asta-asta kirpiyini endirir, Elə bil ki, günəş batır dənizdə, Baldan şirin bir yuxudur, yox qəmi, Bir ürəkdir, sevinc ilə vurur o. Xəbəri yox Çözələyib sap kimi Saçlarını dişləriylə qırır o. İndi hamı xoş gö...