Millət haqqında aforizmlər, Millətə Aid Sözlər

Vəhdət bir millətin birliyi, bütövlüyü, sarsılmazlığı və tərəqqi yoludur. - Əli bəy Hüseynzadə Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. - Mustafa Kamal Atatürk Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil. - Onore de Balzak Milləti ədəbiyyat yaradır. - Uilyam Folknel İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür. - Viktor Huqo Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur. - Viktor Hüqo Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. - Abdulla Şaiq Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur. - Mustafa Kamal Atatürk Bir millətin həqiqi tarixi millətin mədəniyyət tarixidir. - Corci Zeydan Millətin əsas sərvəti xalqın mənəvi keyfiyyətləridir. - Nik...