Kayıtlar

Sevgi Şeirləri etiketine sahip yayınlar gösteriliyor

Mənalı Gözəl Sevgi şeirləri

Resim
Bir-birindən gözəl və mənalı sevgi şeirlərini sizlər üçün bir araya topladıq. Mənalı Gözəl Sevgi şeirləri “Sən və Mən” şeiri Qaranlıq saçan şam işığında, Soyuqdan gizlənən ruhum. Bir qığılcıma həsrət olanda, Çıxa gəldin sən. Fırtınalarda pərişan, Könlüm bir liman axtaranda, Məni çılğın dalğalardan, Çəkib aldın sən… Həyata yenidən göz açmış, Sonsuz yuxudan oyanmış, Sovrulaq qoşa yarpaq kimi, Dünyanın bilinməyən ucuna… Bir günəşimiz olsun, Həyatımıza dolsun, Bir bəstəmiz olsun, Sevgi hekayəsindən danışaq… Sən və mən birlikdə, Yelkən açaq üfiqlərə, Qoy qısqansın bizi, Səmada mələklər belə… Sən və mən birlikdə, Yelkən açaq ümidlərə, Qoy qısqansın bizi, Səmada ulduzlar belə… Müəllif: Anar Bəylər “Səninlə görüşən gün” şeiri Bir qərib sərçə olub, Pəncərənə qonaydım. Gözlərinə baxınca, Yerimdəcə donaydım. Əlindən tutmaq üçün, Alışaydım,yanaydım, Səninlə görüşən gün. Deyəydim ki,gəlmişəm, Ay başımın bəlası. Qoy silinsin üzündən, Təkəbbürü,ədası. Yayılsın yer üzünə, Bu vüsalın sədası Səninlə gör...

Sevgi Şeirləri, Sevgiyə Aid Şeirlər

Resim
  Mündəricat : 1.Sevgilər - Mikayıl Müşviq 2. Darıxıram - Rüfət Sabirli   3. Yaxşı bilirəm ki, mükafatımsan - Anna Axmatove 4. Küsmərəm -  Mikayıl Müşviq 5.Sən xoşbəxt,mən xoşbəxt,gəl deyib-gülək!- Eltun Zahidoğlu  6. Sevgilim - Aysel Əhmədova 7. Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi - Nizami Gəncəvi 8. Sən demə təzədən sevmək olarmış - Nüsrət Kəsəmənli 9. Ürək - Bəxtiyar Vahabzadə Sevgilər Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.   Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.   Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.   Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsin...