Ürək Haqqında Aforizmlər, Ürəyə Aid Sözlər

Ürəyi gözəl insanların ürəyində olmaq gözəldir... - Anonim Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar. - Nizami Gəncəvi Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır. - Mövlana Ürək hisslərlə dolu olanda söhbət də maraqlı olur. - Vovenarq. Hər ürək öz nəğməsini söylər. - Maksim Qorki Təki sən həmişə gül... Gül ki, ürəyinin gözəlliyi gülüşlərində görünsün... - Anonim Ürəyində sevgi və mərhəmət də olanın , Dili də, üzü də, gülüşü də gözəl olar. - Anonim Ürəyində sevgi və mərhəmət yoxdursa digər şeylərdən danışmağın da bir mənası yoxdur. - Nürhan Işkın Bir uşağı tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır. - Deni Didro Kişi evin beyni, qadın isə ürəyidir. - Volter Ürəkmi insana sev deyən, yoxsa təklikmi? - Şəms Təbrizi Sevgi bir vergidir Allahdan gələn. Uduzmaz heç zaman ürəkdən sevən. Dünyanın ən gözəl ritmi, ...