Kayıtlar

28 May etiketine sahip yayınlar gösteriliyor

28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları

Resim
 Bir kərə yüksələn bayraq, bir daha enməz! 28 May Respublika Gününüz Mübarək! Biz bu bayrağı minbir müşkülatla başımızın üstünə qaldırdıq. Respublika Gününüz Mübarək! Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Respublika Günününüz Mübarək!  Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! Cümhuriyyət Günün Mübarək AZƏRBAYCAN! Respublika Günün Mübarək Əziz Xalqım! 28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları Respublika gününün 104 illiyi ilə əlaqədar sizləri səmimi qəlbdən təbrik edirəm.İstiqlalın daim olsun Azərbaycan! Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. - Mustafa Kamal Atatürk 28 May Respublika Günün Mübarək Azərbaycan! ƏZİZ HƏMVƏTƏNLƏR! Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! V...

28 May Haqqında Şeirlər, 28 May Şeirləri

Resim
Respublika günü-28 may İyirmi səkkiz Maya Çox yaraşır toy-düyün. Əbədi bahar gəlib Yurdumuza həmin gün.   Həmin gün qəlbimizdə Neçə arzu dil açıb. Təkcə dağda, düzdə yox, Qəlbimizdə gül açıb.   Doğma diyarı xoşbəxt Görmək necə də xoşdur! Azadlıq çiçəyini Dərmək necə də xoşdur!   İgid oğullarımız Olub elə havadar. Üçrəngli Bayrağımız Dalğalanır havada.   Səslənən Himnimizdə Sanki sel gücü vardır. Çiçəklənən yurdumuz O gündən yadigardır. Müəllif: Rafiq Yusifoğlu 28 May Haqqında Şeirlər Mayıs Duyğuları şeiri  İlk çağındaydı gözəl mövsimin Qışdan çıxılmışdı, bahar gəlmişdi. İyirmi səkkizində idi Mayısın Azərbaycan istiqlalə ermişdi.   Derkən qopdu bir qasırğa quzeydən, Baharımız heyhat döndü qış oldu. Azərbaycan Moskovların əlində Əsarətin zəhrini dadmış oldu.   Azərilər sarsıldı bu zərbədən, İstilaya qarşı üsyanlar oldu İstiqlalı bir kərə dadmış millət "Hürriyyət" fikrinə candan vuruldu.   Milli fikir toxumları səpildi, İslatdı torpağı axan qızıl qan...