Ana dilinə aid şeirlər
ÇOX ŞİRİNDİR ANA DİLİM ŞEİRİ Müəllif: Qalib Bəyməmmədoğlu Xalçaların naxışıdır, Nurlu bulaq axışıdır, Dədə Qorqud alqışıdır, Şadlıq etsin Oğuz elim. Çox şirindir ana dilim. Ana südü qədər təmiz, Dilim mənə candan əziz. Qoymaq üçün dünyada iz, Şən şeirlər yazır əlim, Çox şirindir ana dilim. O, mənim saf məhəbbətim, Şirin, şəkər, bal, şərbətim. Yoxdur sözə qənaətim, Tükənməyən varım, ləlim, Çox şirindir ana dilim. Ana dilim şeiri Müəllif: Mina Rəşid Ana dilim bal kimi Danışmaqdan doymuram. Mən onu neçə dilin İçində qoruyuram. Anamın laylasıyla Mən boy atıb böyüdüm. Onun şirin diliylə Fərəhlənib öyündüm. Çoxlu nağıl söyləyib Nənəm bu dildə mənə. Əlifbanı öyrəndim Mən sevinə-sevinə. Çox sevirəm yurdumun Bayrağını, himnini. Mən sevirəm anamı Həm də ana dilimi. Ana dilimə dəymə şeiri Müəllif: Süleyman Rüstəm. Mən, sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə! Sənin də bağın var, gülün var, çəkin, Bağımda əkdiyim gülümə dəymə! Həsədlərlə baxdım çəmənimə sən, Gö...