Pislik Haqqında Atalar Sözləri

Pisi öymə, düzü döymə. Pisi sevmə, düzü söymə. Başqasına pislik edən özünə etmiş olar. Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə. Yanan də mən, yaman də mən. Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir? Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır. Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir. Yaxşının nə olduğun pisdən soruşma, pis bilməz yaxşılıq nədir. Pislik görməyən yaxcılıqdan nə bilir. Pislik gördün bir yerdən, üzül ged, yaxcılıq gördün bir yerdən, süzül yet. Kötü olur duran kötü yanında, ki yaş dahi yanar quru yanında. - Türk Atalar Sözü Yaxşı ilə dost olsan səni əzizlər, yaman ilə dost olsan dalınca pislər. İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz. -Qırğız Atalar Sözü Yaxşılığa yaxşılıq hər kişinin işidir Yamanlığa yaxşılıq nər kişinin işidir. Bir qarış yaxşılığı, bir çimdik yamanlıq pozar. Yaxşı adam yavan çörəyə dözər, yaman ad...