Kayıtlar

Yeni İl 2022 etiketine sahip yayınlar gösteriliyor

Yeni İl Şeirləri, Yeni İlə Aid Şeirlər

Resim
 Yeni İl Şeirləri,  Yeni İlə Aid Şeirlər  Mündəricat: Yeni İl - Xanımana Əlibəyli Şaxta baba - Xanımana Əlibəyli  Şən Yolka - Tofiq Mütəllibov Yolka bayramı - Mirvarid Dilbazi Yeni il - Zeynal Xəlil  Yeni İl - Elbəyi Cəlaloğlu Yeni İl - Xanımana Əlibəyli Döşündə ağ qərənfil, Xoş gəlmisən, təzə il. Yolkamıza qar ələ. Gəl oynayaq əl-ələ. Sən gələndə, təzə il, Ağ gül açır elə bil. Yolkamıza qar ələ. Gəl oynayaq əl-ələ. Çöllərdə fırfıra tək Hərlədir qarı külək. Yolkamıza qar əb, Gəl oynayaq əl-ələ. Şaxta baba -  Xanımana Əlibəyli  Gəl bu xoşbəxt elimizi, Təbrik elə, bir-birimizi, Təzə gələn ilimizi Şaxta baba, şaxta baba   Saçların ağ, saqqalın ağ, Hansı evə getsən qonaq, Hörmət edər hər bir uşaq Şaxta baba, şaxta baba.     Şən Yolka - Tofiq Mütəllibov Geyinibsən al-əlvan, Budaqların çıraqban. Dövrə vurub qız-oğlan, Nəğmə deyir şən yolka, Sən nə gözəlsən, yolka! Dildə gəzir sorağın, Bəzənib hər budağın. Şaxta baba qonağın Olmuş sənin, şən yo...