Vaxt Haqqında Aforizmlər

Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir. - Bencamin Franklin Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcəkdir. -İmam Şafii Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.- Bencamin Franklin Hər bir qənaət nəticə etibarı ilə vaxta qənaətdir. - Karl Marks Dostluq vaxt aparır, sevinc gətirir. Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. - Əbu Turxan Gözləyə bilənə hər şey öz vaxtında gəlir. - Onore de Balzak Vaxtından əvvəl ağacdan. qoparılmış meyvə nə qədər saxlasan da yetişməz. - Mövlana Vaxtsız çiçək açan arzular bar verməz. - Əbu Turxan Faydasız həyat - vaxtsız ölümə bərabərdir. - İohann Volfqanq Höte Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. - Kiçik Seneka Öküzün gücü böyürməsinə görə yox, iş vaxtı üzə çıxır. - Rəsul Həmzətov İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq elmidir. - Lev Tolstoy Heç nə nə gec olur, nə də tez... Hər şey vaxtında olur. - Konfutsi Əgər lazımsız işlərə vaxt qal...