Kayıtlar

coreye aid atalar sözleri etiketine sahip yayınlar gösteriliyor

Çörək Haqqında Atalar Sözləri

Resim
Torpaq çörəyi ilə, insan əməyi ilə... Çörək alın təriylə qazanılar. İstəyirsən bal-çörək, al əlinə bel-kürək. Bir çörək özün ye, birini də Allah yolunda ver. Duz çörək, düz çörək. Duz-çörək itməz. Çörək itirən çörək tapmaz. Təndir çörəyi şirin olar. İsti çörək təndirdən, minnəti yox pendirdən. Hər kəsin çörəyi xəmirinə görədi. Acın arzusu bir qarın çörəkdir. Yolda çörək ağırlıq etməz. Aca ürək vermə, çörək ver. Aclıq ilə tоxluğun arası bir parça çörəkdi. Aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır. Acın gözü çörəkdə, toxun gözü hənəkdə olar. Aclıqda darı çörəyi halvadan şirin оlar. Payız günü - peynir çörək qarpız ilə, yaz günü - qatıq çörək yarpız ilə. Çörəyi bol olanın tüstüsü gür çıхar. Az ye, öz çörəyini ye. Duz-çörək borcdur. İtə çörək verməzsən, acından hürər. Çörəyi torpaqdan al, kiminsə ağzından yox. Minnətli plovdan minnətsiz pendir-çörək yaxşıdı. Adam ac оlanda pendir-çörək də ləzizdir. Öz quru çörəyim özgənin plovundan yaxşıdı....