Kayıtlar

Zəfər Günü etiketine sahip yayınlar gösteriliyor

Zəfər Gününə Aid Şeirlər

Resim
  Zəfər günü şeirləri,zefer gunu haqqinda seir,Zəfər Gününə Aid Şeirlər,8 noyabr şeirlər,zefer gunu seiri,zəfər günü haqqında şeir,  1️⃣   BIZ QALIB ÖLKƏNIN VƏTƏNDAŞIYIQ ŞEİRİ ✍  Müəllif: Heydər Ələddinoğlu Müjdə ver ulduza,müjdə ver aya, Bu nə bir xəyaldır,nə də ki röya. Eşitsin kainat,eşitsin dünya Biz qalib ölkənin vətəndaşıyıq. Düşmən hikkəsindən alışıb-yansın, Bu üç rəngli bayraq hey dalğalansın. Millətim özünü qoy xoşbəxt sansın Biz qalib ölkənin vətəndaşıyıq. Zaman səhvləriylə batdı günaha, Tarix ümidini verdi sabaha. İtən qürurumuz qayıtdı daha Biz qalib ölkənin vətəndaşıyıq. Sevincdən titrəyir həm göyüm,yerim, Yarıb ürəyimi Sizə göndərim- Siz Ali Baş Komandan,Siz ey əsgərim Biz qalib ölkənin vətəndaşıyıq! 2️⃣ ZƏFƏR GÜNÜN MÜBARƏK ŞEİRİ ✍ Müəllif: Elvin Elxanoğlu İllərlə səbr edib dözdü bu xalqım, Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan, zəfər günün mübarək. Bilsinlər şəhidlər, bilsin qazilər, Tökülən o...

Zəfər Gününə Aid şeirlər toplusu

Resim
Zəfər bayramı  Şeiri  Zəfər bayramıdır bu gün yurdumun, Bu əziz günümüz daim var olsun. Yeni tarix yazan şanlı ordumun, Qeyrətli oğluna salamlar olsun! Qələbə xəbəri gələndən bəri, İçimin fərəhi ucaldı aya. Qayıtdı Qarabağ! Qayıtdı geri, Bu hissi yaşadıq, şükür, Xudaya! Gəzsin el obamda, dolaşsın yağı? Bizsə boş xəyalla doya bilməzdik, Bu şəhid qanları axan torpağı, Düşmən tapdağında qoya bilməzdik! O cıdır düzündə rəqs edən, əyyaş, Niyə səsin gəlmir, niyə susursan?! Bilirəm alıbdır içini təlaş, De, qorxudan indi hardan pusursan?! Otuz il yurdumu taladı yedi, Ancaq budur, onların da sonları, Qarabaq bizimdir, vermərik dedi, "İti qovan kimi", qovduq onları! Kim ki, göz dikərsə yurduma bir an, Yenə məhv edərik, Qorxu bilmərik. Döyüş meydanında göstərdik çoxdan Can verərik, ancaq yurdu vermərik! Bu torpaq yaşamdır, bu torpaq nəfəs, Hər addımı qurban verilən candır. İndi son sözümü eşitsin hər kəs, Qarabağ bizimdir! Azərbaycandır! Müəllif: Elvin Mütaliboğlu