Dünya Xalqlarının Hikmətli Atalar Sözləri

Sevən ürək, daim gəncdir.- Yunan atalar sözü Yaxşılıq nur gətirər, yamanlıq - zülmət.- Özbək atalar sözü Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır. - Atalar sözü Pisliyə yaxşılıqla qalib gəl. - Latın atalar sözü Hesabı təmiz olanın üzü ağ olar.- Azərbaycan atalar sözü Təmiz ürək qızıldan qiymətlidir.- Alman atalar sözü İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. - Hind atalar sözü Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir. - Rus atalar sözü Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim.- Azərbaycan atalar sözü Ürək yanar, göz yaşarar.- Azərbaycan atalar sözü Vəfalı dost yad olmaz, görməsə yüz il səni.- Azərbaycan atalar sözü İşi yaxşı olanda yad olur, pis olanda - qohum.- Koreya atalar sözü Ana o deyil ki - doğub, ana odur ki - böyüdüb. - Rus atalar sözü Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.- Çin atalar sözü Alçaqda yatma - sel aparar, ucada yatma - yel aparar.- Türk atalar sözü Fürsət ağıllı adamlar üçün...