20 Yanvar Şeirləri

20 Yanvar Günü Qəsdimizə durdular, Sinəmizdən vurdular, Günahsızdıq, qırdılar- İyirmi yanvar günü! Geriyə çəkilmədik, Qorxu nədir bilmədik, Şəhid olduq-ölmədik – İyirmi yanvar günü! Neçə-neçə qəhrəman, Susduruldu həmin an, Küçələrdə axdı qan- İyirmi yanvar günü! Bəla var başımızda Dil açdı daşımızda Qaldı yaddaşımızda İyirmi yanvar günü Müəllif: Əli Vəkil Şəhidlər Qatil gülləsinə qurban gedərkən, Gözünü sabaha dikdi şəhidlər. Üçrəngli bayrağı öz qanlarıyla Vətən torpağına çəkdi şəhidlər. Zalım öyünməsin zülmləriylə, Min bir böhtanıyla, min bir şəriylə. Həqiqət uğrunda ölümləriylə Ölümü kamına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətl günü, – Mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü, O gecə dağıdıb sökdü şəhidlər. Tarixi yaşadıb diləyimizdə, Bir yumruğa döndük o gecə biz də. Yıxıb köləliyi ürəyimizdə Cəsarət mülkünü tikdi şəhidlər. Onlar susdurulan haqqı dindirər, Qaraca torpağı qiymətləndirər. Donan vicdanları qeyrətləndirər, Axı, el...