Yol Haqqında Statuslar
Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. Heç bir uğura çiçəkli yollarla gedilməz. Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. Bəzən biz yolu seçirik, bəzən də yol bizi. Yolların ən mübarəki insanı özünə çatdıran yoldur. Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər. Səndən soruşsalar ki müvəffəqiyyətin açarı nədədir? de ki özü-özünlə yola getməkdə. Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz. İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. Önümdən getmə səni izləməyə bilərəm, arxamdan da gəlmə yol göstərməyə bilərəm; yanımda get və yalnız dostum qal. Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər. Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir....