Zəfər Gününə Aid şeirlər toplusu
.jpg)
Zəfər bayramı Şeiri Zəfər bayramıdır bu gün yurdumun, Bu əziz günümüz daim var olsun. Yeni tarix yazan şanlı ordumun, Qeyrətli oğluna salamlar olsun! Qələbə xəbəri gələndən bəri, İçimin fərəhi ucaldı aya. Qayıtdı Qarabağ! Qayıtdı geri, Bu hissi yaşadıq, şükür, Xudaya! Gəzsin el obamda, dolaşsın yağı? Bizsə boş xəyalla doya bilməzdik, Bu şəhid qanları axan torpağı, Düşmən tapdağında qoya bilməzdik! O cıdır düzündə rəqs edən, əyyaş, Niyə səsin gəlmir, niyə susursan?! Bilirəm alıbdır içini təlaş, De, qorxudan indi hardan pusursan?! Otuz il yurdumu taladı yedi, Ancaq budur, onların da sonları, Qarabaq bizimdir, vermərik dedi, "İti qovan kimi", qovduq onları! Kim ki, göz dikərsə yurduma bir an, Yenə məhv edərik, Qorxu bilmərik. Döyüş meydanında göstərdik çoxdan Can verərik, ancaq yurdu vermərik! Bu torpaq yaşamdır, bu torpaq nəfəs, Hər addımı qurban verilən candır. İndi son sözümü eşitsin hər kəs, Qarabağ bizimdir! Azərbaycandır! Müəllif: Elvin Mütaliboğlu