Ana Haqqında Atalar Sözləri və Məsəllər
Anadan əziz yenə anadır. -Atalar sözü Qız anadan öyüd alar. -Atalar sözü Ağac - kökdən, insan - anadan. -Atalar sözü Anasına bax, qızını al. -Atalar sözü Bugünkü qız, sabah anadır. -Atalar sözü Çayın mənbəyi - bulaq, ailənin mənbəyi - anadır. - Monqol atalar sözü Bu dünyada şirin şey, bir anadır, bir Vətən. -Atalar sözü Bala qədrini ana bilər, igid qədrini - el. - Tatar atalar sözü Hər kəs ağlar, amma analar başqa cür ağlar. -Atalar sözü Bala üçün ananın ürəyi ağrıyar, atanın biləyi ağrıyar. - Tatar atalar sözü Ağlarsa anam ağlar, başqası yalan ağlar. -Atalar sözü Ehtiyatlı oğulun anası ağlamaz. -Atalar sözü Oğulun igidliyi ananı cavannaşdırar. -Atalar sözü Qızsız - ana, duzsuz ana. -Atalar sözü Qız anadan görməyincə ögüd almaz. -Atalar sözü Lalın dilini anası bilər. -Atalar sözü Öz anasını sevən, özgə anasını söyməz. -Atalar sözü Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. -Atalar sözü Qoca ana evdə üç kilid kimidir - Viyetnam atalar...