Azerice Güzel Sözler

Bəziləri "sevirəm" deyir, çünki əzbərləmişdir. Bəziləri deyə bilmir, çünki həqiqətən sevmişdir. Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir. Əvvəllər qızlar ‘eşq adamı' axtarırdılar, indi isə adam olsun bəsdi deyirlər. Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç. Yanlış bir qəlbdə olmaqdansa, yalnız olmaq yaxşıdır. Böhtan qorxaqların intiqamıdır. Dərin dəniz daş atmaqla bulanmaz. Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hiss etdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən. Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər. Tək peşmanlığım sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmağımdı. Elə xoruzlar var ki, banladıqları üçün səhərin açıldığını düşünürlər. Anlatmaq istədiyim çox şey, danışmaq istədiyim tək insan var... Asandır deyirsən.. Gəl bir də sən yaşa sənsizliyimi. Y...