Müdrik Sözlər və Kəlamlar

İnsan doğulmur, insan materialı doğulur. Ondan insan ola da bilər, olmaya da... Sevgisiz insan, quru ağaca bənzər. Az bilən və az düşünən çox danışar. Hər kəsdən deyil, dünənkindən daha yaxşı ol. Dünən xatirədir, sabah xəyaldır. Bu gün isə həyatdır. Əsəbi baxtı bir an səbrli olsan, yüz peşmanlıqdan xilas olarsan. Qadın bilənə nəfəs, bilməyənə nəfsdir. Gözəl qadın gözə, yaxşı bir qadın da ürəyə xoş görünər. Birincisi brilyant kimi, amma keçici, ikincisi xoşbəxtlik qədər həqiqidir. Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir. Nə edirsən et, necə yaşayırsan yaşa, amma gülmək üçün başqalarını ağlatma və mənfəətin üçün heç kimi satma. Böyük insanlar örnək olar, kiçik insanlar isə məsləhət verər. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. Sən ancaq öyrənməklə ucalarsan. Əhəmiyyətli olmaq istəyi insan və heyvan arasındakı əsas fərqlərdən biridir. Quş ancaq öz cinsinden olan quşlarla uçar. Daxi...