Vətən Haqqında Aforizmlər

Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir. Füyuzat jurnalı Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən. - Abdulla Qurbani Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. - Əbu Turxan Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir. - Füyuzat jurnalı Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir. - Siseron Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir. - Əbülfəz Elçibəy Vətənin sevməyən insan olmaz, Olsa, o şəxsdə vicdan olmaz. - Abbas Səhhət İnsan vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı vətən sayəsində mövcuddur. - Namiq Kamal Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim. - Məmməd Araz Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. - Şah İsmayıl Xətai ...