Kayıtlar

May Haqqında Şeirlər etiketine sahip yayınlar gösteriliyor

28 May Haqqında Şeirlər, 28 May Şeirləri

Resim
Respublika günü-28 may İyirmi səkkiz Maya Çox yaraşır toy-düyün. Əbədi bahar gəlib Yurdumuza həmin gün.   Həmin gün qəlbimizdə Neçə arzu dil açıb. Təkcə dağda, düzdə yox, Qəlbimizdə gül açıb.   Doğma diyarı xoşbəxt Görmək necə də xoşdur! Azadlıq çiçəyini Dərmək necə də xoşdur!   İgid oğullarımız Olub elə havadar. Üçrəngli Bayrağımız Dalğalanır havada.   Səslənən Himnimizdə Sanki sel gücü vardır. Çiçəklənən yurdumuz O gündən yadigardır. Müəllif: Rafiq Yusifoğlu 28 May Haqqında Şeirlər Mayıs Duyğuları şeiri  İlk çağındaydı gözəl mövsimin Qışdan çıxılmışdı, bahar gəlmişdi. İyirmi səkkizində idi Mayısın Azərbaycan istiqlalə ermişdi.   Derkən qopdu bir qasırğa quzeydən, Baharımız heyhat döndü qış oldu. Azərbaycan Moskovların əlində Əsarətin zəhrini dadmış oldu.   Azərilər sarsıldı bu zərbədən, İstilaya qarşı üsyanlar oldu İstiqlalı bir kərə dadmış millət "Hürriyyət" fikrinə candan vuruldu.   Milli fikir toxumları səpildi, İslatdı torpağı axan qızıl qan...