Atalar Sözü və Məsəllər,Atalar Sözləri

Abır istəsən çox demə, sağlıq istəsən çox yemə. Təmiz hava girməyən evə həkim girər. Xeyir de, xeyir taparsan. Dostu çox olanın gücü çox olar. Saxla gönü, gələr günü. Dəliyə qanun yoxdur. Başı boş olanın sözü baş olmaz. El eybini sənə söyləyən sənin də eybini elə söylər. Adam var ki, yemək üçün yaşayır, adam var ki, yaşamaq üçün yeyir. Cahil ilə bal yemə, ahıl ilə daş daşı. Ac adam acıqlı olar. Acıqlı başda ağıl оlmaz. Dağına baxar qar verər, bağına baxar bar verər. Babadan hikmət – nəvədən xidmət. Acı danışan şirin söz eşitməz. Ən böyük sərvət ağıldır. Ər - arvadın savaşı, yaz gününün yağışı. Ocaq közsüz qalmaz, gəlin sözsüz. Farsın qəzəli, türkün məsəli. Gec-gec gəldin, xoş gəldin, tez-tez gəldin, nöş gəldin. Nə əkərsən, onu biçərsən. Şam bahadı - korun nə vecinə. Atalar Sözü və Məsəllər,Atalar Sözləri Fərsiz qoyunu qurd yeyər. El üfürdü, sel köpürdü. Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz. İşlənməyən dəmiri pas tutar. İş i...