8 Mart şeirləri Uşaqlar üçün
"8 Mart" şeiri Günəş tezdən oyanır Aləm nura boyanır Gəlib martın səkkizi Damarda qan oynayır Sevinir qadınlar-qızlar Bu sevincə şərikdir Göydən baxan ulduzlar Canını fəda edər Gözəl cəsur analar Sizi təbrik edirəm Əziz gözəl xanımlar Anaların Bayramı şeiri (8 Marta aid şeir) Hər il martın 8-i Oxşayır qəlbimizi. Günlərin çox əzizi – Anaların bayramı. Ana – həyat deməkdir, Solmayan tər çiçəkdir. Yer üzünə bəzəkdir Anaların bayramı! 8 Martdır şeiri 8 martdır anacan Lap tezdən oyanmışam Əllərimdə gül çiçək Qarşında dayanmışam. 8 martdır anacan Gəl öpüm üz-gözündən And içirəm heç zaman Mən çıxmaram sözündən. 8 Martdır Anacan şeiri “8 martdır anacan! Qoy öpüm üz-gözündən, Daha uşaq deyiləm, İndi böyük qızam mən!” Xatırladınmı ana? Söyləyərdim bu şeiri hər bayramda qarşında!.. İndi o məktəbli qız, O bəxtəvər, qayğısız qızın çatıb yaşına Amma heç böyüməyib… Uşaqkən danışdığın xoşbəxtlik nağılları, O göyçək Fatmaları hələ də örnək alır bu çağda, bu yaşında, Axı ana, ay ana!...