Kayıtlar

Azərbaycan Atalar Sözləri etiketine sahip yayınlar gösteriliyor

Atalar Sözü və Məsəllər,Atalar Sözləri

Resim
Abır istəsən çox demə, sağlıq istəsən çox yemə. Təmiz hava girməyən evə həkim girər. Xeyir de, xeyir taparsan. Dostu çox olanın gücü çox olar. Saxla gönü, gələr günü. Dəliyə qanun yoxdur. Başı boş olanın sözü baş olmaz. El eybini sənə söyləyən sənin də eybini elə söylər. Adam var ki, yemək üçün yaşayır, adam var ki, yaşamaq  üçün yeyir. Cahil ilə bal yemə, ahıl ilə daş daşı. Ac adam acıqlı olar. Acıqlı başda ağıl оlmaz. Dağına baxar qar verər, bağına baxar bar verər. Babadan hikmət – nəvədən xidmət. Acı danışan şirin söz eşitməz. Ən böyük sərvət ağıldır. Ər - arvadın savaşı, yaz gününün yağışı. Ocaq közsüz qalmaz, gəlin sözsüz. Farsın qəzəli, türkün məsəli. Gec-gec gəldin, xoş gəldin, tez-tez gəldin, nöş gəldin. Nə əkərsən, onu biçərsən. Şam bahadı - korun nə vecinə. Atalar Sözü və Məsəllər,Atalar Sözləri Fərsiz qoyunu qurd yeyər. El üfürdü, sel köpürdü. Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz. İşlənməyən dəmiri pas tutar. İş i...

Azərbaycan Atalar Sözləri

Resim
Çətinliyə düşməyən rahatlığın qədrini bilməz. Əmək insanı ucaldır. Dalaşanda barışmağa üz saxla. Adamın başına nə gəlsə dilindəndir. Əvvəl düşün, sonra sonra danış. İstədiyin söyləyən, istəmədiyin eşidər. Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən. Dostunu mənə göstər, deyim sən kimsən. Nadanın düşməni özüdür. Azərbaycan Atalar Sözü Kamil insan kəlamından bəlli olar. Oğlanı kamal ilə, qızı camal ilə. Səbr Allahdan, səbirsizlik şeytandan. Bala baldan şirindir. Faydasız qohumdan faydalı yad yaxşıdır. Az olsun saz olsun. Fəqir əlinə baxırsa, sən cibinə bax. Аlın təri ucаldаr əri. İgidlik biləklə deyil, ürəklədir. Azərbaycan Atalar Sözü Barlı ağaca daş atarlar. Barlı ağacın başına dolanarlar. Balta ağac kəsməzdi, sapı ağac olmasa. Meşəyə od düşəndə quru da yanar, yaş da. Nə yada sirrini ver, nə namərdə bel bağla. Kələk ilə gələn küləklə gedər. İsti sevən tüstüsünə dözər. Qaçanı qovmazlar, yıxılanı vurmazlar. Danışana dil vermir, yeriyənə yol. Qa...

Zəhmətə Aid Atalar Sözləri

Resim
Zəhmətin ətri tərdir. - Azərbaycan Atalar Sözü Cəfa çəkməyən səfa görməz.  - Atalar Sözü İşə bağlı – zəhmətə bağlı. - Azərbaycan Atalar Sözü Çalışqan əl nəyə dəysə qızıl olar. - Atalar sözü. Qızıl atəşdə, insan zəhmətdə bəlli olar. Zəhmət - həyatın duzudur. Zəhmət səadətin atasıdır. - Alman Atalar Sözü Sözlə yox, işlə göstər. Zəhmət yiyəsi-hörmət yiyəsi. Tatar atalar Zəhməti sеvəni hamı sеvər. Çəkilən zəhmət hədər getməz. - Atalar sözü  Zəhmətə Aid Atalar Sözü Zəhmət çəkməyən rahatlığın qədrini bilməz. - Azərbaycan atalar sözü Susuz həyat olmaz, zəhmətsiz rahatlıq. - Atalar sözü Zəhmət çəkməyən bal yeməz. - Azərbaycan atalar sözü İstirahət zəhmət üçün mükafatdır. - Əfqan atalar sözü Yaz günündə tərləməyən qış günündə titrəyər. Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir. - Azərbaycan atalar sözü Zəhmətdən qaçan əl açar. - Azərbaycan atalar sözü Əvvəl zəhmət çəkən sonra rahat olar. - Azərbaycan atalar sözü Zəhmət dost artırar, q...

Mənalı Atalar Sözləri

Resim
Bu dəfə Sizlər üçün Mənalı Atalar Sözləri adlı yazımızı hazırladıq. Bəyənib paylaşa, şərhlərdə sevimli sözlərinizi digər oxucularla bölüşə bilərsiniz. Baş bədənin tacıdır, gözlər onun qaş-daşıdır. Dil ürəyin açarıdır. İki eşit, bir danış. Özü getdi, sözü qaldı. Göz sevəni könül də sevər. Mənalı Atalar Sözləri  Kədəri bölüşəndə azalır, sevinci bölüşəndə – artır.  Dost yolunda boran olar, qar olar. Yalan danışan hamını qanmaz bilər. Tamahkarı yalançı aldadar. Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü  qalar.  Artıq tamah daş yarar, daş qayıdıb baş yarar. Dilini saxlayan, başını saxlar. Menali Atalar Sozu Kitab bilik xəzinəsidir.  Yaxşı oğul ata malını neylər, pis oğul ata malını neylər! Ədəb bazarda satılmaz... Dərdsiz könüldə məhəbbət yuva açmaz. Min bilsən də bir bilənə danış. Könül sevən gözəl olar. Vaxtsız açılan gül tez solar. Yalançının yaddaşı olmaz. Vaxtını itirən baxtını itirər. Vaxt...