Kayıtlar

Uşaq Şeirləri etiketine sahip yayınlar gösteriliyor

Uşaq Şeirləri | Uşaqlar üçün şeirlər

Resim
Abdulla Şaiq. “Təmizlik” Səhər durunca, Əlimdə firça, Sildim dişimi, Bildim işimi. İnanmırsan bax, Dişim ağappaq. Üstüm tərtəmiz, Bax, beləyik biz. Solmaz Şirin. "Məstan pişiyim"   Özüm kimi körpədir Mənim Məstan pişiyim. Yedirdirəm doyunca Həm çəkirəm keşiyin. Beli ala-buladır, Sinəsi ağ qar kimi. Gəzir həyət-bacanı Mənimlə səyyar kimi. Hər nə desəm, anlayır, Gəl deyəndə tez gəlir. Harda yumşaq yer görsə, Xumarlanır, dincəlir. Çox sevir o özünü – Təmizləyir, yalayır. Ətrafımda fırlanıb Quyruğunu bulayır. E.Mehdiyev. “Meyvələr” Bizim qəşəng uşaqlar Gərək yesin heyva, nar, Püstə, badam, şaftalı, Armud, ərik, albalı, Əncir, limon, portağal, Əzgil, böyürtkən, zoğal, Alça, gilas, gilənar. Bu dadlı meyvələrin Uşaqlara xeyri var. Abdulla Şaiq. "Arı" Arıyam, zəhmətkeşəm, Bal, mum çəkməkdir peşəm. Səhər güllər açınca, Gözəl qoxu saçınca Uçaram göy yamaca, Çiçək açmış ağaca, Ya çəmənə, meşəyə, Qonaram hər çiçəyə; Şirəsini çəkərəm, Pətəyimə tökərəm Çalışaram doqquz ay, Hamı m...

Uşaqlar üçün Şeirlər, Uşaq Şeirləri

Resim
  Kənd uşaqları - Gəl, gəl-deyir çəmən-düz, Yamaclara tutub üz. Dərələri, dağları Dolaşır gecə-gündüz Bizim kənd uşaqları.   Yetişəndə gilənar, Alma, armud, heyva, nar Baxçaları, bağları Gizli-gizli dolanar Bizim kənd uşaqları. Müəllif: Tofiq Mahmud İşıqfor uşaq şeiri Qırmızı, yaşıl, sarı Nəqliyyat işıqları Yanmasa o işıqlar, Yollar tamam qarışar. Qırmızı yandı - dayan Maşın gəlir o yandan. Sarıda tələsməyən Uzaq olar bəladan. Yandı yaşıl - oyaq ol! Marş irəli, yaxşı yol Balıq şeiri Dənizdi, çaydı, Vətənim Pulla örtülüb bədənim, Qiymətlidir, kürüm, ətim, Çox itidir sümüklərim, Üzgəc, quyruq, qəlsəmələr, Məni suda üzdürərlər. Lıq-lıq edir suda dilim,  Adımı siz deyin, bilim. Lalə şeiri Qоnağısan yaylağın, Hər çəmənin, hər dağın. Alоv kimi yanırsan, Xallı оlur yanağın. Adındır bahar qızı, Dоnunоlur qırmızı. Açanda bəzəyirsən, Sevimli yurdumuzu…  Müəllif: Mirmehdi Seyidzadə Ailə albomu Bizim də evimizdə Ailə albomu var. Ona baxanda sanki Hamı yanımda olar. Bax, bu mənim...