Kayıtlar

ağıla aid atalar sözləri etiketine sahip yayınlar gösteriliyor

Ağıl Haqqında Atalar Sözləri

Resim
Ən böyük sərvət ağıldır. Hirs düşməndi, ağıl dost. Axmaq adam öz səhvini düz bilər, ağıllı düzəldər. Ağıl başın böyüklüyündə deyil. Ağıllı balaca yekə cahildən yaxşıdır. Ağıllı yоxsul varlı axmaqdan yaxşıdır. Ağıla gələn başa gələr. Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər. Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. Ağıllı fikirləşincə dəli çayı keçir. Ağıllı toy edincə, dəlinin oğlu bazara gedər. Ağıllı bir dəfə aldanar. Hər dəlinin bir ağıllısı olmalıdır. Ağılsız baş ayağa dinclik verməz. Ağılsız baş əlindən səfil ayaq nələr çəkər. Ağıllıya işarə, nadana kötək. Ağıllı gözündən, axmaq sözündən bilinər. Ağıllı imandan, yalançı böhtandan yapışar. Ağıllı ədəbi ədəbsizdən öyrənər. Ağıl sözün gövhəri, söz ağılın cövhəridi. Səbirli olmaq ağıllı olmağa bərabərdir. Ağıl başda, ləl daşda olar. Ağıllı işinə baxar, cahil dişinə. Ağıllı işləyər, axmaq baxar. Axmaqlar оlmasaydı, ağıllılar məhv оlardı. Tənbələ iş buyur, sənə ağıl öyrətsin....