Sirr Haqqında Aforizmlər, Sirrə Aid Sözlər

Ağıl-kamal verdi sənə yaradan, Çalışıb hər sirri öyrən hər zaman. - Əvhədi Marağayi İnsanların sirrini saxlamaq böyüklük əlamətidir. - Sokrat Ən ağır yük sirdir.Xoş o yükü daşıya bilənə. - Jan de Lafonten Sirrim barəsində səssizliyimi qorusam mənim əsirim olar. Əgər ağızımdan qaçırsam mən onun əsiri olaram. Səssizlik ağacında dinclik meyvələri yetişər. - Artur Şopenhauer Əgər sirri ikidən çox adam bilirsə, o artıq sirr deyil. - Aqata Kristi İki nəfərin bildiyi artıq sirr deyil. - Naməlum. Birisi sizə xoş gəlmək üçün başqasının sirlərini açırsa, həmin adama etibar etməyin. - Oskar Uayld Qadınların saxlaya bildikləri yeganə sirr bilmədikləri sirdir.. - Seneka Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir. - Labryuer Öz sirrini saxlamaq müdriklik, bu sirri başqalarının da saxlaya biləcəklərinə ümid etmək isə axmaqlıqdır. - Samuel Conson Sirr insanda əm...