Qocalıq Haqqında Aforizmlər və Sözlər
Qocalıq Haqqında Aforizmlər və Sözlər Qocalıq fırtınalı həyatın limanıdır. - K.Preston Qocalıq axmaq üçün yük,nadan üçün – qış, alim üçün – biçin vaxtıdır. - Volter Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. - Viktor Hüqo Cavanlar xəyal edirlər, qocalar xatırlayırlar. - Lui Araqon Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə – qısa keçmişdir. - Artur Şopenhauer Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir. - Viktor Hüqo. Gənclər yenilik sevir, qocalar isə ənənələrə sadiq olurlar.- F.Laroşfuko Qocalığa cavanlıqdan hazırlıq görmək lazımdır. - Əvhədi Marağayi Qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır. - Stendal Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır. - Alber Kamyu Biz cavanlıqda sevmək üçün yaşayırıq. Qocalanda isə yaşamaq üçün sevirik. - Şarl Sent-Everemon Kişilər qocalır, qadınlarsa dəyişir. - Höte Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır.Ona görə də o, lap qocalıb qarı old...