Kayıtlar

yeni il şeirləri uşaqlar üçün etiketine sahip yayınlar gösteriliyor

Yeni İl şeirləri uşaqlar üçün

Resim
Bir-birindən gözəl 6 yeni il şeiri (uşaqlar üçün) 1)   YENİ İLİNİZ MÜBARƏK! ŞEİRİ Müəllif: Gülzar İbrahimova Yeni ildə uşaqlar Böyük yolka qurdular, Yolkanın ətrafında Çaldılar, oynadılar, *** Şaxta baba hamıya Çoxlu hədiyyə verdi, Uşaqları  bax belə, O sevdi, əzizlədi: *** «Mənim əziz balalarım, Qardan təmiz balalarım, Gəlin, birlikdə deyək, Yeni iliniz mübarək! 2) ŞƏN YOLKA ŞEİRİ Müəllif:  Tofiq Mütəllibov Geyinmisən al-əlvan Budaqların çırağban. Dövrə vurub qız-oğlan Nəğmə deyir şən-yolka Sən nə gözəlsən yolka. Dildə gəzir sorağın Bəzənib hər budağın Şaxta baba qonağın Olmuş sənin şən yolka Sən nə gözəlsən yolka. Çölü meşəni bəzə Düzləri gəzə-gəzə Hər il qonaq gəl bizə Ürək açan şən yolka Sən nə gözəlsən yolka.   3) ŞAXTA BABA ŞEİRİ Müəllif:  Xanımana Əlibəyli. Gəl bu xoşbəxt elimizi, Təbrik elə, bir-birimizi, Təzə gələn ilimizi Şaxta baba, şaxta baba     Saçların ağ, saqqalın ağ, Hansı evə getsən qonaq, Hörmət edər hər bir uşaq Şaxta baba, şax...